Dünya futbolu
Millimizin sabiq qapıçısı Ukrayna klubunda
Gənclərdən ibarət Azərbaycan millisinin sabiq qapıçısı …
Gənclərdən ibarət Azərbaycan millisinin sabiq qapıçısı Maksim Vaylonun klubsuz günləri başa çatıb.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı qolkiper karyerasını bu ölkədə davam etdirəcək.
Belə ki, o, ikinci liqa təmsilçisi "Kaluş"la anlaşıb. Kiyev "Dinamo"sunun yetirməsi yeni komandası ilə müqavilənin şərtlərini razılaşdırıb və kollektivə qoşulub. Anlaşmanın detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, ölkəmizdə 4 il "Neftçi"yə məxsus olan Maksim Vaylo paytaxt klubunu ötən ilin yayında tərk edib. O, keçən il 6 ay "Sabah"da icarə əsasında çıxış edib.