Dünya futbolu
Avroliqada gecənin bütün nəticələri
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü tur…
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Türkiyə klublarından “Beşiktaş” “Braqa”nı, “Trabzonspor” “Krasnodar”ı, “Başakşəhər” isə “Volfsberq”i qəbul edib. “Beşiktaş”la “Trabzonspor”un məğlubiyyətlə üzləşdiyi gündə “Başakşəhər” minimal hesabla qələbə qazanıb.
Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” bu turda “Sent-Etyen”in qonağı olub və heç-heçəyə razılaşıb. Qrupun digər oyunuda “Volfsburq” “Gent”lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu görüşdə də qalib müəyyənləşməyib.
İngiltərənin “Mançester Yunayted” klubu bu turda səfərdə Serbiya “Partizan”ının qonağı olub və inamlı qələbəyə sevinib. London “Arsenal”ı isə “Vitoriya” ilə ev oyununda çətinliklə qalib gəlib.
Avropa Liqası
24 oktyabr
A qrupu
Qarabağ (Azərbaycan) – APOEL (Kipr) 2:2
Qol: D.Kintana, 13. Aylton, 58 – M.Medvedev, 29-öz qapısına. Hallenius, 45.
Sevilya (İspaniya) – Düdelanj (Lüksemburq) 3:0
Qol: F.Vaskes, 48; 75. El Haddadi, 78.
J qrupu
Roma (İtaliya) – Borussiya (Münhenqladbax, Almaniya) 1:1
Qol: Zaniolo, 32 – Ştindl, 90+5-pen.
Başakşəhər (Türkiyə) – Volfsberq (Avstriya) 1:0
Qol: İ.Kahveçi, 78.
L qrupu
Partizan (Serbiya) – Mançester Yunayted (İngiltərə) 0:1
Qol: Marsyal, 43.
Alkmaar (Hollandiya) – Astana (Qazaxıstan) 6:0
Qol: Koopmeyners, 39-pen; 83-pen. Boadu, 43. Stenqs, 77. Suqavara, 85. İdrissi, 90+2.
K qrupu
Beşiktaş (Türkiyə) – Braqa (Portuqaliya) 1:2
Qol: U.Nayir, 71 – Horta, 38. Eduardo, 80.
Slovan (Slovakiya) – Vulverhempton (İngiltərə) 1:2
Qol: Şporar, 11 – Sayss, 58. R.Ximenes, 64-pen.
H qrupu
Ludoqorets (Bolqarıstan) – Espanyol (İspaniya) 0:1
Qol: Kampuzano, 13.
ÇSKA (Moskva, Rusiya) – Ferentsvaroş (Macarıstan) 0:1
Qol: Varqa, 86.
I qrupu
Sent-Etyen (Fransa) – Aleksandriya (Ukrayna) 1:1
Qol: Qabriel, 8 – Qabriel, 14-öz qapısına.
Gent (Belçika) – Volfsburq (Almaniya) 2:2
Qol: Yaremçuk, 41; 90+4 – Veqhorst, 3. J.Viktor, 24.
G qrupu
Yanq Boyz (İsveçrə) – Feyenoord (Hollandiya) 2:0
Qol: Assale, 14; Nsame, 28.
Portu (Portuqaliya) – Reyncers (Şotlandiya) 1:1
Qol: L.Dias, 36 – Morelos, 44.
F qrupu
Arsenal (İngiltərə) – Vitoriya (Portuqaliya) 3:2
Qol: Martinelli, 32. Pepe, 80; 90+2 – Edvards, 9. Duarte, 37.
Ayntraxt (Frankfurt, Almaniya) – Standard (Lyej, Belçika) 2:1
Qol: Abraham, 28. Hinteregger, 73 – Amallah, 82.
E qrupu
Seltik (Şotlandiya) – Latsio (İtaliya) 2:1
Qol: Kristie, 67. Julien, 89 – Latsari, 40.
Renn (Fransa) – ÇFR (Kluj, Rumıniya) 0:1
Qol: Deak, 9.
D qrupu
PSV (Hollandiya) – LASK (Avstriya) 0:0
Sportinq (Portuqaliya) – Rusenborq (Norveç) 1:0
Qol: Bolasi, 70.
C qrupu
Xetafe (İspaniya) – Bazel (İsveçrə) 0:1
Qol: Frey, 18.
Trabzonspor (Türkiyə) – Krasnodar (Rusiya) 0:2
Qol: Berq, 49. Vilyena, 90+2.
B qrupu
Dinamo (Kiyev, Ukrayna) – Kopenahgen (Danimarka) 1:1
Qol: Şabanov, 53 – Sotiriu, 2.
Malmö (İsveç) – Luqano (İsveçrə) 2:1
Qol: Berget, 13. Molins, 32 – Gerndt, 50.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…