Dünya futbolu
Mərkəzi oyunda “Liverpul” sevindi, “Arsenal” xal itirdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu tura yekun vur…
Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Nyukasl” – “Vulverhempton” matçında qalib müəyyənləşməyib. “Arsenal” da evdə “Kristal Pelas”la məhsuldar heç-heçəyə razılaşıb. “Mançester Yunayted” isə səfərdə “Norviç”lə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.
Turun mərkəzi görüşü Mersisaydda keçirilib. Lider “Liverpul” çətin günlərini yaşayan “Tottenhem”i sınağa çəkib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
İngiltərə Premyer Liqası
10-cu tur
25 oktyabr
Sauthempton – Lester 0:9
Qol: Çiluell, 10. Tilemans, 17. Peres, 19; 39; 57. Vardi, 45; 58; 90+3-pen. Meddison, 85.
26 oktyabr
Mançester Siti – Aston Villa 3:0
Qol: Sterlinq, 46. D.Silva, 65. İ.Gündoğan, 70.
Brayton – Everton 3:2
Qol: Qross, 15. Maupay, 80. Din, 90+4-öz qapısına – Vebster, 20-öz qapısına. Levin, 74.
Uotford – Bornmut 0:0
Vest Hem – Şeffild Yunayted 1:1
Qol: Snodqrass, 44 – Mousset, 69.
Bernli – Çelsi 2:4
Qol: X.Rodriqes, 86. Maknil, 89 – Pulişiç, 21; 45; 56. Villian, 58.
27 oktyabr
Nyukasl – Vulverhempton 1:1
Qol: Laskelles, 37 – Conni, 73.
Arsenal – Kristal Pelas 2:2
Qol: Sokratis, 7. D.Luis, 9 – Milivoyeviç, 32-pen. Ayyu, 52.
Liverpul – Tottenhem 2:1
Qol: C.Henderson, 52. Salah, 75-pen – H.Keyn, 1.
Norviç – Mançester Yunayted 1:3
Qol: O.Hernandes, 88 – Maktominay, 21. Reşford, 30. Marsyal, 73.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi