Dünya futbolu
Frank Riberiyə sərt cəza
Futbol üzrə İtaliya A Seriyasının 9-cu turu çər&ccedi…
Futbol üzrə İtaliya A Seriyasının 9-cu turu çərçivəsində “Latsio” ilə oyundan sonrakı davranışı “Fiorentina”nın ulduz futbolçusu Frank Riberiyə baha başa gəlib.
Futbolinfo.az xəbər verir ki, İtaliya Futbol Federasiyası fransalı yarımmüdafiəçiyə 3 oyunluq cəza verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Federasiya ulduz futbolçuya 20 min avro cərimə də kəsib.
Xatırladaq ki, Riberi sözügedən matçın final fitindən dərhal sonra qarşılaşmanın yan xətt hakimini sərt şəkildə iki dəfə itələmiş və buna görə qırmızı vərəqə almışdı.
“Fiorentina” – “Latsio” matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. 36 yaşlı Riberi yayda transfer olunduğu Florensiya klubunda bu mövsüm 9 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə