Premyer-liqa
Qara Qarayev: “Bizdə belə şeylərə icazə vermirlər”
“Ağır bir oyundan sonra vacib qələbə qazandığımızı d&u…
“Ağır bir oyundan sonra vacib qələbə qazandığımızı düşünürəm. Çünki APOEL-lə çox çətin qarşılaşma oldu. Müəyyən mənada, oyun ərzində bəzi çatışmazlıqlarımız var idi. Amma ümumilikdə düşünürəm ki, vacib olan 3 xal idi və onu da qazandıq”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Matçda yeganə qolun müəllifi “Neftçi”nin futbolçusu Rəhman Hacıyevin "İnstaqram"da “Qarabağ”la bağlı paylaşımına da münasibət bildirib: “Bizim klubda belə şeylərə icazə vermirlər. Heç təsəvvür yaratmayıblar ki, belə şeylər paylaşa bilərik. Biz bütün komandalara qarşı hörmətlə yanaşmışıq. Düşünürəm ki, “Neftçi” ilə oyundan daha vacib bu oyun idi. Şükürlər olsun ki, bu oyunda qələbə qazana bildik”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə