Dünya futbolu
Fabio Kannavaro qovuldu
Çinin “Quançjou Everqrand” klubu baş məşq…
Çinin “Quançjou Everqrand” klubu baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstefanın dəqiq səbəbi açıqlanmayıb. “Quançjou Everqrand” son üç oyunda qələbə qazana bilməyib. Amma istefanın sırf bununla əlaqədar olması ehtimalı azdı. Məsələ burasındadı ki, sözügedən komanda hazırda Çin çempionatında liderdi.
Kannavaronun intizamsız davranışı və klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən qovulması ehtimalı daha yüksək qiymətləndirilir.
46 yaşlı italiyalı mütəxəssis Çin klubunda 2017-ci ildən baş məşqçi kimi çalışırdı. O, 2014/15 mövsümündə də sözügedən komandaya rəhbərlik etmişdi.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə