Ölkə futbolu
Rəhmanın paylaşımına reaksiya: “Qarabağ” meydanda cavab verəcək”
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman …
“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevin sosial şəbəkədəki paylaşımı dünənin ən çox müzakirə olunan olaylarından biri idi. Belə ki, at belində öz fotosunu paylaşan futbolçu qarşıdakı turda “Qarabağ”a üzərində qələbə qazanacaqlarına işarə vurmuşdu. Futbolçu bununla ləqəbi “atlılar” olan Ağdam klubunu yenəcəklərini demək istəyirdi.
Düzdü, qısa müddət sonra futbolçu “İnstagram” hesabının hekayə bölümündə paylaşdığı fotonu aradan qaldırdı. Buna baxmayaraq, Rəhmanın iddialı paylaşımı oyunöncəsi intirqanı bir az da artırdı.
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev bu məsələyə “biz belə şeylərə heç vaxt meyl etmirik. Ona görə də buna bir cavabım yoxdur” deyə münasibət bildirdi.
“Qarabağ”ın ən çılğın azarkeş qrupu olan “İmarət”in fəal üzvlərindən Samir Məmməd Emin isə Rəhmanın paylaşımına ən yaxşı cavabın qələbə olacağını dedi: “Ümumiyyətlə, ona cavab verəcəyik deyə bir müzakirəmiz olmayıb. Fikrimcə, bu oyunçunun səviyyəsinin aşağı olması ilə əlaqəlidir. “Qarabağ” meydanda onlara cavab verəcək. Bunu hər hansı azarkeş qrupu eləsəydi, biz cavab verməli olardıq. Bu fotoya isə sadəcə, gülürük. Hər halda, fan-klub daxilində müzakirədən sonra nəsə cavab verib-verməyəcəyimiz barədə qərara gələcəyik. Adətən belə paylaşımlar rəqabət olan liqalarda yaşanır. “Neftçi” son 4 oyunda qalib gəlib deyə bir az sevinirilər. Amma “Qarabağ”la oyun sonrası yenə “Bordin – istefa” şüarları qışqıracaqlar. Bizim futbolçuların buna cavab verməsinə ehtiyac yoxdur. Çünki indi onlar daha ciddi turnirdə – Avropa Liqasında qrupdan çıxmaq haqqında düşünməlidirlər. Meydanda cavab versələr, bizə yetərlidi”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…