Dünya futbolu
“Feyenoord”un yeni baş məşqçisi məlum oldu
Hollandiyanın “Feyenoord” klubunun yeni baş məşq&ccedi…
Hollandiyanın “Feyenoord” klubunun yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, Erediviziya təmsilçisinin “sükan”ı Dik Advokata tapşırılacaq. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb. Xəbərdə, 72 yaşlı mütəxəssisin mövsümün sonuna qədər “Feyenoord”a rəhbərlik edəcəyi bildirilir.
“Feyenoord” bu mövsümün əvvəlində də baş məşqçilik üçün Advokata təklif göndərmiş, ancaq rədd cavabı almışdı.
“Feyenoord”da bir müddət əvvəl baş məşqçi Yap Stam istefa vermişdi.
Məşqçi karyerası ərzində PSV, “Zenit”, “Fənərbaxça”, Münhenqladbax “Borussiya”sı kimi klublarda çalışan Advokat, Serbiya, Rusiya, Hollandiya, Belçika millilərinə də rəhbərlik edib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq