Dünya futbolu
“Globe Soccer” mükafatına namizədlər açıqlandı
“Globe Soccer” – 2019 mükafatına namizədləri…
“Globe Soccer” – 2019 mükafatına namizədlərin adları açıqlanıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ən yaxşı futbolçu, məşqçi və komandanın müəyyənləşdiyi mükafatın builki namizədləri məlum olub.
Ən yaxşı futbolçu mükafatına namizədlər arasında “Liverpul”un 4 futbolçusu yer alıb.
Ən yaxşı futbolçu:
Kriştiano Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Bernardo Silva (“Mançester Yunayted”), Məhəmməd Salah, Alisson Bekker, Sadio Mane, Vircil van Dayk (hamısı “Liverpul”);
Ən yaxşı məşqçi:
Yurgen Klopp (“Liverpul”), Erik ten Haq (“Ayaks”), Fernando Santuş (Portuqaliya millisi), Camel Belmadi (Əlcəzair millisi), Massimiliano Alleqri (“Yuventus”);
Ən yaxşı komanda:
“Liverpul”, “Ayaks”, “Lion” (qadınlar komandası).
Qaliblərin mükafatlandırılması mərasimi dekabrın 29-da, Dubayda keçiriləcək. “Globe Soccer” mükafatı Avropa Klubları Birliyi və Avropa Futbol Agentləri Birliyi tərəfindən təşkil olunur.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq