Premyer-liqa
Azərbaycan çempionatlarında yeni rekord
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatlar…
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.
Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bunu Premyer Liqanın 9-cu turunun “Səbail”lə görüşündə rəsmiləşdirib.
1:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. 2018-ci il oktyabrın 28-də keçirilən 8-ci turun “Neftçi” ilə səfər qarşılaşmasından (1:3) sonra son çempion 23 qələbə qazanıb və 6 heç-heçə edib.
Bu, texniki nəticələr nəzərə alınmamaqla Azərbaycan çempionatları tarixinin yeni rekordudu. Bunadək ən yüksək göstərici 1997-98-ci illərdə ardıcıl 28 matçda uduzmayan “Kəpəz”ə məxsus idi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq