Ölkə futbolu
“Sevindirdiyiniz qədər sevin”
Sosial layihələrə hər zaman xüsusi önəm verən “N…
Sosial layihələrə hər zaman xüsusi önəm verən “Neftçi” PFK daha bir layihəyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, komanda dəstək xarakterli "Sevindirdiyiniz qədər sevin” layihəsinə start verib.
Layihə çərçivəsində baş məşqçisi Roberto Bordin və futbolçular – Emin Mahmudov, Rəhman Hacıyev, Mamadu Mbodj, Anton Krivotsyuk və Ömər Buludov Talassemiya Mərkəzində olublar. Komanda üzvləri talassemiya xəstəliyindən müalicə olunan uşaqlara baş çəkib, onlarla söhbət ediblər. Uşaqlara müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki, Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı və bu xəstəlikdən əziyyət çəkən minlərlə insan var. Ölkəmizdə bu problemlə məşğul olan Talassemiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib və fəaliyyət göstərir.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq