Dünya futbolu
“Fənərbaxça”da Adil Rami şoku
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki il…
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, istanbul təmsilçisinin fransalı futbolçusu Adil Rami sıradan çıxıb.
O, Türkiyə kubokunun 4-cü mərhələsi çərçivəsində “Tarsus İdman Yurdu” ilə matçda zədələnib. Bu üzdən 34 yaşlı müdafiəçi 61-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.
Artıq Rami tibbi müayinədən keçib. Onun qasıq əzələsində yırtıq aşkarlanıb. Müalicəsinə start verilən Adilin yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. Amma fransalı futbolçunun Super Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Kayserispor”la oyunda iştirak etməyəcəyi dəqiqdi.
“Kayserispor” – “Fənərbaxça” matçı noyabrın 3-də baş tutacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq