Ölkə futbolu
Subaşiçli "Orduspor" yenə zirvədə!
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 11-ci turun oyu…
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da bu gün növbəti matçına çıxıb.
Ordu təmsilçisi “Adana Dəmirspor”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma futbolçumusun komandasının inamlı qələbəsiylə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi onu bu oyunda da ilk dəqiqələrdən meydana buraxıb. Sonadək mübarizə aparan millimizin forvardı qol vura bilməsə də, 45-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 25 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
11-ci tur
3 noyabr
Orduspor – Adana Demirspor – 3:1