Dünya futbolu
Fernandesi həbs gözləyir
Türkiyənin “Beşiktaş” klubunun portuqaliyalı futb…
Türkiyənin “Beşiktaş” klubunun portuqaliyalı futbolçusu Manuel Fernandes həbs oluna bilər. Türkiyə mətbuatının xəbərinə görə, yarımmüdafiəçi məhkəməyə verilib.
Futbolinfo.az xəbər verir ki, səbəb kimi futbolçunun İstanbulda bir qadını zorlaması göstərilir. Şikayətçi qadın iddia edir ki, Fernandes onu evinə aparıb, bir qədər əyləndikdən sonra zorlayıb.
Qeyd edək ki, xanımın iddiası düz çıxarsa, Fernandesi 3 il həbs gözləyir.