Dünya futbolu
Hedira "mankunyanlar"ın hədəfində
"Real"ın yarımmüdafiəçisi Sami Hedira qışda…
"Real"ın yarımmüdafiəçisi Sami Hedira qışda komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, "Mançester Yunayted" almaniyalının xidmətində maraqlıdı.
Tunis əsilli futbolçunun da "qırmızı şeytanlar"ın təklifini müsbət qarşıladığı bildirilir. Yarımmüdafiəçi məsələyə münasibət bildirərkən Madriddə lazımı hörməti görmədiyindən gileylənib:
"Mən ispan yox, almanam. "Real"ın digər futbolçuları kimi dəyərli deyiləm. Məni bu komandaya sabiq baş məşqçim Joze Mourinyo dəvət etmişdi. Mövsüm başladı və mən hələ də ehtiyat skamyada otururam. Hətta yaxşı oynasam belə, mənə lazımi qiymət verilmir".
Məlumatınız olsun ki, Hedira "Real"a 2010-cu ildə "Ştutqart"dan keçib.