Dünya futbolu
Rüfət Dadaşov baş məşqçisiz qaldı
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şər?…
Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” klubunda baş məşqçi istefası baş verib.
Futbolinfo.az “sport.de”yə istinadən xəbər verir ki, 3-cü Bundesliqada çıxış edən klub, baş məşqçisi Sven Hübşerlə yollarını ayırıb. Məsələylə bağlı açqılama verən baş direktor Malte Metselder, Hübşerlə yanaşı, köməkçisi Tobias Helviqin də istefaya göndərildiyini bildirib.
“Proyssen” müvəqqəti olaraq U-19 komandasının baş məşqçisi Arne Barezə tapşırılıb.
17 oyundan sonra 13 xal toplayan komanda, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.