Dünya futbolu
“Qarabağ”ın qapıçısını Superliqa klubu istəyir
“Qarabağ”ın qapıçısı Asmir Beqoviç icar…
“Qarabağ”ın qapıçısı Asmir Beqoviç icarə müddəti başa çatacağına görə qışda yenidən “Bornmut”a qayıdacaq.
Futbolinfo.az “Sportinfo”ya istinadən xəbər verir ki, bosniyalı qolkiper İngiltərə klubuna yollansa da, orada qalmayacaq.
32 yaşlı qapıçının xidmətində “Çaykur Rizəspor” maraqlıdır. Beqoviçin qışdan sonra Türkiyəyə yollanaraq Rizə təmsilçisi ilə anlaşacağı gözlənilir.
Rizə klubu hazırda Türkiyə Superliqasında 11-ci yeri tutur.