Ölkə futbolu
UEFA reytinqində irəliləmək şansı əldən çıxdı
Avrokuboklarda qrup mərhələsinə yekun vurulub.
Futbolinfo.az x?…
Avrokuboklarda qrup mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, baş tutan son qarşılaşmalardan sonra UEFA reytinqi açıqlanıb.
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" son görüşündə evdə "Düdelanj"la bərabərə qalıb – 1:1. Bu, ölkəmizin aktivinə 0,250 xal əlavə edib. Halbuki komandamız qələbə qazansaydı, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.
Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,750-di. Hazırda Avropada 26-cı sırada qərarlaşan Azərbaycandan aşağıda olan ölkələrdən yalnız Bolqarıstan və Rumıniyanın 1 klubu mübarizəni davam etdirir.