Bizi izləyin

Ölkə futbolu

Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

2019-cu il üçün Azərbaycanda ilin məşqçisi …

blank

2019-cu il üçün Azərbaycanda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– Bu il həm komanda, həm də özünüz üçün nə dərəcədə uğurlu oldu?
– Əvvəlcə hər birinizə təşəkkür edirəm. Biz ötən il qarşımıza məqsəd qoymuşuq ki, Azərbaycan çempionu olaq. Şükürlər olsun ki, bunu əldə etdik. Sonra isə Çempionlar Liqasının ən azı pley-off mərhələsinə kimi irəliləməyi düşünürdük. Bunu əldə edə bilmədik. Amma ən azından Avroliqanın qrup mərhələsinə düşdük. Bu, qarşımıza qoyulan minimum hədəf idi. Şükürlər olsun, buna nail olduq. Sadəcə, qrup mərhələsinə düşdükdən sonra hər il olduğu kimi istəyimiz daha da çoxalır. Və həmin turnirdə ən azı 2-ci yeri tutub, digər mərhələyə keçmək istəyirdik. Alınmadı. Amma düşünürəm ki, bunu əldə etmək heç də asan deyil. Sonda istər-istəməz uğursuzluq kimi göründü. Buna baxmayaraq, mən hər bir fikrə hörmətlə yanaşıram. Klub olaraq arzumuz odu ki, ildən-ilə dəyişiklik olsun, bir addım irəli gedək, uğurumuz daha yaxşı olsun. Amma biz həvəsdən düşmürük. Çalışırıq ki, hər il daha yaxşısını edək. Ona görə də daha çox güc sərf edirik. Bilirsiniz, futbol kollektiv oyunudu. İstər-istəməz kiçik nüanslar var. Hansı ki, onları tam istədiyimiz kimi əldə etmək olmur. Amma hər bir halda düşünürəm ki, komandamız üçün heç də pis il alınmadı. Bu turniri öz azarkeşlərimizə hiss etdirdik. Onlar bunun canlı şahidi oldular. "Sevilya" kimi komanda Bakıya gəldi. Biz səfərdə onlara qarşı yaxşı oynadıq. Düşünürəm ki, ən azı ötən ilki vəziyyətimizi qoruyub, salxaya bildik. Hər bir halda biz bunu həm klub rəhbərliyi, həm bütün futbolçularımızla, işçilərimizlə birgə bacardıq. Hər birinə təşəkkür edirəm ki, çətin bir ili belə kiçik uğurla da olsa, arxada qoya bildik.

– Bayaq qeyd etdiniz ki, uğursuzluq baş verə bilər deyə davamlı qorxu olur. Geridə qalan il ərzində hansı periodda bu qorxunu daha çox hiss etdiniz?
– İnanın ki, bunu hər il hiss edib, düşünürəm. Çünki hamımız futbolla maraqlanırıq. Hamınız Avropa futboluna baxırsınız. Görürsünüz ki, böyük klublar, böyük məşqçilərin də uğuru davamlı olmur. Mən həmişə "Barselona"nı misal gətirirəm. Onlar  Qvardiolanı vaxtında 5 il ərzində 2 dəfə Çempionlar Liqasını qazandılar. 5 ilin hamısında ölkə çempionu ola bilmədilər. 3 dəfə çempion oldular. Sonra Qvardiola komandadan ayrıldı. Beləcə çox misallar çəkmək olar. O cümlədən "Real"ın, Kloppun adını çəkmək olar. Mən buna normal yanaşıram. Amma mənim həqiqətən ehtiyat etdiyim odu ki,  bu, hər bir məşqçinin başına gəlir. Biz öz səviyyəmizdə uğursuzluqla qarşılaşa bilərik. Bu da məni narahat edir. Dediyim kimi, hər il və hər turnirdən öncə eyni şeyi hiss edirəm. Çempionatda bir cür, qrup mərhələsində bir cür hiss edirəm. Əlbəttə, istəməzdim ki, bununla qarşılaşım. Amma mən həmişə ehtiyat etmişəm və həmişə də buna hazır oluram.

– Mətbuat konfransında nəsil dəyişmə məsələsi ilə bağlı sizə sual verildi. Yəni, Avroliqanın son oyununda İsmayıl İbrahimli, Şahruddin Məhəmmədəliyev əsas heyətdə oldu. Biz Musa Qurbanlını nə vaxt heyətdə görə bilərik? Avroliqa olmasın, çempionat oyunu olsun…
– Bəli, o sual mənə verildi. Mən də bildirdim ki, bu, böyük bir riskdi. Biz daim avrokubokda çıxış etmək istəyiriksə, birdən-birə bu riskə gedə bilmərik. Bəlkə, belə bir dəyişikliklər olsa, heç də pis alınmaz. Amma hər bir halda hazırkı heyəti qoruyub-saxlamağa çalışmalıyıq. Əlbəttə, bir neçə dəyişiklik olmalıdı və olacaq. Amma hər bir halda biz bu yola getmişiksə, Avroliqanın iştirakçısı olmaq istəyiriksə, bəzi risklərdən qaçmalıyıq. Qaldı cavanlara, bəli, İsmayıl İbrahimli əsas heyətdə oynadı. Şahruddin düşünürəm ki, illərdi bu turnirdə iştirak etməyə layiqdi. Səhv etmirəmsə, ilk oyunu idi. Çox işgüzar, bacarıqlı bir qapıçıdı. Sadəcə, biz qapıçı dedikdə onun boyuna həddindən artıq çox önəm veririk. Buna görə belə amillər məni ehtiyatlanmağa vadar edir, bu addımı atıram. Amma "Düdelanj"la matçda itiriləcək bir şey yox idi. Əlbəttə, daha çox pul qazana bilərdik, son matç idi, qalibiyyətlə bitirə bilərdik. Amma yenə də düşünürəm ki, xal qazanmasaydıq və ya qalib gəlsəydik, fikirlər eyni olacaqdı. Uğursuzluq kimi danışılacaqdı. Hər bir halda görürsünüz ki, neçə il bundan əvvəl heyətdə birdən-birə çox dəyişikliklər etdik. Bir misal gətirmək istəyirəm. Biz Qara Qarayevi səhv etmirəmsə, 18 yaşında "Brügge" ilə oyunda səfərdə əsas heyətə daxil etmişdik. Hətta, 60-70-ci dəqiqədə ayağında qıcolma tutmuşdu. Bu, sadəcə onun hazırlıqsızlığından yox, həyəcanından irəli gəlirdi. Düşünürəm ki, gəncləri birdən-birə böyük qarşılaşmalara çıxarmaq düzgün olmaz. Ona görə də hissə-hissə, dəqiqə-dəqiqə düzgün olaraq onlardan istifadə etməyə çalışmalıyıq. Bizim digər gənc oyunçularımız da var. Hətta, ilk 18-likdə gənc futbolçumuz var – Tural. Həqiqətən çox istəyirdim ki, matçda iştirak etsin. Amma oyun elə getdi ki, futbolçuya görə bir az ehtiyat etdim. İstər-istəməz məğlub olanda futbolçu daha çox gərgin, həyəcanlı olur. O ki qaldı Musa Qurbanlıya, tələsmək lazım deyil. Bizim cavan futbolçularımız var. Hərənin öz vaxtı, hazır olma müddəti var. Biz onları vaxtında meydana buraxmalıyıq. Mənimçün futbolda oğul, qardaş, bacıoğlu yoxdu. Amma hər bir halda bir az oğlum olduğu üçün mənim prinsiplərimə görə gec meydana buraxılır. Digərlərinə üstünlük verirəm, nəinki Musaya. Amma öz üzərində həqiqətən də çox çalışır. Əlbəttə ki, biz qarşısını kəsməyəcəyik. Oğlum olsun və ya digərləri olsun. Bir neçə gənc oyunçularımız var, hansı ki, Avstriyadakı hazırlıqdan bəri komanda ilə məşqlərdə olurlar. Hətta, bəzilərini yoldaşlıq görüşlərinə də buraxmışdıq. Beləcə iş gedir. Düşünürəm ki, bir neçə ilə "Qarabağ"ın 3-4 yaxşı, bacarıqlı futbolçusu olacaq.

– Uzun müddət millinin futbolçusu olmusunuz. 1 il də baş məşqçisi kimi çalışmısınız. Bu ötən ildə millinin fiaskosunu nə ilə əlaqələndirərdiniz və gələcək baş məşqçinin yeri olmasını istəyərdiniz, yoxsa əcnəbi?
– Mənim fikir bildirməyim bir az düzgün olmaz. Mən nə fiasko, nə də kimin gəlib-gəlməyəcəyi haqda danışmaq istəmirəm. Çünki bir yerli olaraq milli komandada işləmişəm. Azərbaycanlı olaraq futbolçu kimi oynamışam. Bu gün də İcraiyyə Komitəsinin üzvüyəm. İcraiyyə Komitəsində müzakirələr bir az gizli olur. Burada hər hansı bir fikir bildirsəm, uyğun olmaz. Və daha çox da yığmada baş məşqçi olmuşam deyə hər hansı bir fikir bildirmək düzgün olmaz. Hər bir halda hamınız bizdən, "Qarabağ"dan daha çox şey gözləyirsiniz. Biz də milllidən daha çox şey gözləyirik. Ümumən bu, futbol prinsipləridi.

– İctimaiyyətdə belə bir fikir var ki, milli komandada olduğunuz müddətdə istədiyiniz şərait yaradılmadı və işləməyinizə maneələr oldu. Millidən ayrılandan sonra siz nə qədər sussanız da, qarşı tərəf davamlı olaraq 2 cəbhədə çatdırmadığınızı və qarşılıqlı razılaşma ilə yığmadan ayrıldığınızı dedi. Bu situasiyada bir növ qarşı tərəf daha haqlı görünür. Konkret olaraq sizin millidən ayrılmağınız 2 cəbhədə çatdırmamağınızla bağlı idi, yoxsa başqa nüanslar var?
– Mən ümumiyyətlə, futbolda heç vaxt özümü ayırmağı istəməmişəm. Biz hamımız azərbaycanlıyıq, futbolumuzun inkişafı üçün çalışırıq. Ayrılmaq dedikdə siz əvvəldən də bilirsiniz ki, bizim uzunmüddətli – 6 illik danışığımız olmuşdu. Düzdü, müqavilə əsaslı olaraq 3 illik idi, amma ümumən 6 illik proqramımız vardı. Sadəcə, sonda belə məsləhət bildilər. Düzdü, bu haqda çox danışmaq istəmirəm. Ayrılmağımız məsləhət görüldü. İcraiyyə Komitəsi iclas keçirdi. Bilirsiniz ki, mən o iclasda iştirak etmədim. Bu, hamı üçün belədi. Dünən də Yurçeviç iclasda iştirak etmədi. Amma sonradan gəlib, öz fikirlərini bildirdi. Yəni, mən həmin an iclasda iştirak etmədim. Sonradan əlbəttə ki, öz fikirlərini bildirdilər ki, yollarımızı ayırdıq. Normal qarşıladım. Amma ikili razılıq deyəndə, biz bir yerdə çalışmayacayıq deyəndə mən razılaşıramsa, bu, ikili razılıq olur. Yəni, İcraiyyə Komitəsi qərar qəbul etdi ki, mənimlə davam etməyəcəklər. Mən də hər biri ilə görüşdüm, təşəkkür etdim. Çünki bu, bizim iş prinsiplərimizdən biridi. Bu gün yenə o insanlarla üz-üzə otururam. Futbolumuzu müzakirə edirik. Bunu çox normal qarşılayıram. İctimaiyyətdə hansı fikirlərin olduğunu bilmirəm. Mən ayırmaq istəmərəm. Çünki dediyim kimi, hamımız futbolumuz üçün çalışırıq. Burada bir mövzu var – futbol. Hansı ki, daha tez inkişafını istəyirik. O ki qaldı suala, mən çıxdım, gəldim, yollar ayrıldı.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-08 00:56

ÇL-də ilk finalçı bəlli oldu

blank
Dünya futbolu2024-05-08 00:28

“Beşiktaş” finalda

blank
Dünya futbolu2024-05-07 23:19

“Çelsi”dən “Fluminense”yə

blank
Milli komanda2024-05-07 22:55

AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama

blank
Digər idman növləri2024-05-07 22:25

“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

blank
Digər idman növləri2024-05-07 21:37

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm