Bizi izləyin

Ölkə futbolu

Toşakın uşaqları

Nə “Neftçi” tərəfi qürrələnsin, nə lənk…

blank
Nə “Neftçi” tərəfi qürrələnsin, nə lənkəranlılar haray qoparsın. Noyabrın 2-də baş tutan “Böyük oyun”un qalibini hazırkı şərait məüyyənləşdirdi. Bu səbəbdən də bakılıların özlərini böyük müharibənin həlledici döyüşünü udmuş kimi göstərmələrinə ehtiyac yoxdu. Heç “Xəzər Lənkəran” da haqsız yerə uduzduqlarını, uduzdurulduqlarını iddia etməsin.
 
Əslində, məğlubiyyətlərinin səbəbini “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak özü tapıb. Onun oyunsonrası mətbuat konfransında dedikləri cənubluların çıxışının real qiymətidi: “Bu gün kişilər yeniyetmələrə qarşı oynadılar, hesabın ədalətli olduğunu düşünürəm. Qapımızdan ilk qolu buraxdıqdan sonra Zohair Benuahinin qol imkanı oldu, lakin qapıya zərbə endirmək əvəzinə nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdı. Mənə “Neftçi”nin ilk qolu oyundankənar vəziyyətdən vurduğunu dedilər. Bu cür nəticələrlə I diviziona düşməsək, yaxşıdı. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdı. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov milli komanda üzvüdü, 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi”.
 
Uelsli mütəxəssis hər şeyə real qiymət verib. Onun dediyi kimi, hesab 1:0 olarkən Benuahinin əldən verdiyi qol epizodu reallaşsaydı, indi bəlkə də başqa nəticəni müzakirə edirdik. Amma yarımmüdafiəşi sanki futbolun əlifbasını bilmirmiş kimi elə hərəkət etdi ki, bunun savadsızlıqdan başqa adı yoxdu. Ramaldanovun səhvi isə həm də Toşakın günahlarını üzə çıxardı. Çünki bu hoqqaları məhz onun etdiyi transferlər reallaşdırdı. Halbuki bu iki futbolşu, eləcə də Qliqorov, Mbilla, Edu kimilər “Xəzər Lənkəran”ın səviyyəsinə heç cür uyğun gəlmirlər. Toşakın aşağı diviziona düşmək qorxusundan danışması isə tam təbiidi. Çünki məşqçi lazımi transferlərə şərait yaratmamaqla, Junior Nildonun timsalında böyük pullaras kiçik oyunçular almaqla “Xəzər Lənkəran”ı qapazaltı bir kollektivə çevirib. Bivaxtların iddialı komandası hətta “sumqayıt” üçün də sıradan bir rəqibdi.
 
Toşakın uşaqların kişilərə uduzması haqda dedikləri isə cəfəngiyyatdı. Lənkəranlı futbolçulara “çoxbilmiş uşaqlar” ifadəsi daha yaxşı yaraşır. Çünki bu çoxbilmişlər 10 gün öncə Superkubok matçında həmin kişiləri sadəcə, meydandan silmiş, matç boyunca üstün olub 10 nəfərlə layiq olduqları qələbəni qazanmışdı. Bilirsiz niyə? Çünki ortada yarım milyon manat mükafat var idi. Bu isə onu göstərir ki, “Xəzər Lənkəran”da oynayanlar üçün nə prinsipial rəqib, nə azarkeş sevgisi, nə də futbolçu qüruru var. Ortaya böyük mükafat qoyulubsa, onun üçün (“Xəzər Lənkəran” üçün yox ha) döyüşəcəklər, bu yoxdusa, matçı yola vermək lazımdı.
 
Amma “Xəzər Lənkəran” üçün pis günündə belə can qoyan futbolçular var ki, rəhbərlik məhz onların qədrini bilməlidi. Doğrusu, oyunu izlədiyim zaman Rahid Əmirquliyevin göstərdiyi futbol məni təsirləndirdi. Meydanda ayağını basmadığı nöqtə qalmayan bu futbolçu əsl lider, mübarizlik etalonu idi. Nə yazıq ki, o, tək idi. Kapitanın təkbaşına döyüşməsi isə heç nəyi həll etmədi. Məhz fədakarlığına görə onun yan xətt hakimi, ilk qolda kobud səhvə yol verən Elman Musayevi söyməsinə belə göz yummaq olardı.
 
Beləliklə, daha bir “Böyük oyun” tarixin yaddaşına köçdü. Yalnız bir klubun azarkeşlərinin izlədiyi matçın zövqsüz olduğunu qeyd etməkdə fayda var. Yüksək təhlükəsizlik tədbirləri nəticəsində hər hansı insidentin baş vermədiyi matç qonaq tərəfdarların yoxluğunda natamam tamaşa təsiri bağışladı.
 
Toşakın “uşaqlar”dan gileyləndiyi qarşılaşmada rəqib baç məşqçi Nazim Süleymanovun da rolunu vurğulamaq lazımdı. Uelsli çalışdırıcı şənbə gününə kimi uduzmadığı bütün “Böyük oyun”larda rəqib həmkarlarına taktika dərsi keçmişdisə, bu dəfə Nazim bəy ondan geri qalmadı. Düzdü, ortada oyunçuların səviyyə fərqi var idi, ancaq Süleymanovun Bahodir Nasimovu daha dinamik Ernest Nforla əvəz etməsi qarşılaşmanın gedişində həlledici rol oynadı. Məhz həmin andan etibarən “kişilər və uşaqlar”ın bacarığı üzə çıxdı.
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-04-29 13:16

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

blank
Digər idman növləri2024-04-29 13:02

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

blank
Digər idman növləri2024-04-29 12:48

“Qarabağ” liderliyini möhkəmləndirdi

blank
Ölkə futbolu2024-04-29 12:33

“Qarabağ” “Turan”a çata bilmədi

blank
Digər idman növləri2024-04-29 12:18

Şərq konfransının ilk yarımfinalçısı məlum oldu

blank
Ölkə futbolu2024-04-29 12:01

Cəlal yeni təklif almayıb: “Avrokuboka vəsiqə üçün mübarizə aparacağıq”

blank
Dünya futbolu2024-04-29 11:47

Azarkeşlər Lopeteqini istəmir

blank
Dünya futbolu2024-04-29 11:32

Fati indi də “Sevilya”ya göndəriləcək

blank
Dünya futbolu2024-04-29 11:17

Sapata Meksikaya köçə bilər

blank
Dünya futbolu2024-04-29 10:59

Arauxoya müştəri tapıldı

blank
Ölkə futbolu2024-04-29 10:42

Misli Premyer Liqasında yeni azarkeş rekordu

blank
Digər idman növləri2024-04-29 10:28

Məmmədyarov Almaniya çempionu olub

blank
Müsahibə2024-04-29 10:14

“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”

blank
Digər idman növləri2024-04-29 09:57

Azərbaycan qılıncoynadanları Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar

blank
Dünya futbolu2024-04-29 09:42

PSJ-də yeni müqavilə

blank
Ölkə futbolu2024-04-29 09:25

“Nitsa” Benzianı istəyir

blank
Dünya futbolu2024-04-29 09:10

Musa oynadı, komandası qələbə qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm