Dünya futbolu
Argentinalı yarımmüdafiəçi Bundesliqa klubunda
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu …
Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “River Pleyt"in yarımmüdafiəçisi Ezekyel Palasiosu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar. Amma müqavilə 2020-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək.
Almaniya mətbuatının yazdığına görə, 21 yaşlı argenintalı yarımmüdafiəçinin transferi leverkuzenlilərə 22 milyon avroya başa gəlib.