Dünya futbolu
UEFA reytinqi: “Qarabağ” “Milan”ı qabaqladı
UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvə…
UEFA 2019-cu il üçün klubların yekun reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu mövsüm Avroliqada mübarizəni qrup mərhələsində dayandıran “Qarabağ” 71-ci sıradadı. Ağdam təmsilçisinin 21 min xalı var.
“Qarabağ” reytinq siyahısında “Milan”, “Başakşəhər”, “Alkmaar”, “Betis”, “Espanyol”, “Everton”, “Vulverhempton” kimi klublardan irəlidədi.
“Qəbələ” 145, “Neftçi” 274, “Səbail” 279, “Zirə” 282, “Kəpəz” isə 283-cü sıradadı.