Ölkə futbolu
Slavçev “Qarabağ”dan xəbər gözləyir
Bolqarıstanlı futbolçu Simeon Slavçev “Qarabağ&…
Bolqarıstanlı futbolçu Simeon Slavçev “Qarabağ”dan ayrılması ilə bağlı xəbərlərə münasibət bildirib.
Futbolinfo.az-a açıqlama verən yarımmüdafiəçi klubun qərarını gözlədiyini deyib:
“Hələ ki, klubdan xəbər gözləyirəm. İndiki halda nə olacağını bilmirəm. Klub hansı qərarı verəcəksə, görəcəyik. Amma komanda qal desə, qalacam. Hələ ki, burdayam və məşq edirəm. Hazırda komanda ilə məşqdən çıxmışam".
Qeyd edək ki, Slavçevə Bolqarıstan klublarından təkliflər var.