Dünya futbolu
“Barselona” “el klasiko”ya onsuz çıxacaq
“Barselona” İspaniya La Liqasının 10-cu turundan təxir…
“Barselona” İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış oyunda “Real”la qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi sabah keçiriləcək görüşdə Arturun köməyindən istifadə edə bilməyəcək.
Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən “Real”la oyunda olmayacaq.
Sabah keçiriləcək “Barselona” – “Real” matçı saat 23:00-da start götürəcək.