Dünya futbolu
“Borussiya” liderlə heç-heçəyə razılaşdı
Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib….
Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Günün ilk oyununda “Verder” “Maynts”ı qəbul edib. Qonaqlar bu görüşdə 5 cavabsız qola seviniblər. “Yunion” da evdə “Hoffenhaym”a uduzub. “Auqsburq” isə “Fortuna”nı darmadağınla yola salıb.
Turun mərkəzi görüşündə lider “Leyptsiq” səfərdə Dortmund “Borussiya”sı ilə münasibətlərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Almaniya Bundesliqası
16-cı tur
17 dekabr
Verder – Maynts 0:5
Qol: Kayson, 10; 19; 38. Pavlenka, 15-öz qapısına. Mateta, 81.
Auqsburq – Fortuna 3:0
Qol: Maks, 32; 72. Yedvay, 61.
Borussiya (Dortmund) – Leyptsiq 3:3
Qol: Vayql, 23. Brandt, 34. Sanço, 55 – Verner, 47; 53. Şik, 78.
Yunion – Hoffenhaym 0:2
Qol: Bebu, 56. Baumqartner, 90+1.
18 dekabr
21:30 Bayer – Herta
23:30 Borussiya (Münhenqladbax) – Parderborn
23:30 Ayntraxt – Köln
23:30 Frayburq – Bavariya
23:30 Volfsburq – Şalke
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…