Dünya futbolu
Dadaşovun komandasını yarımfinala buraxmadılar
Futbol üzrə Portuqaliya Liqa Kubokunda qrup mərhələsinə yeku…
Futbol üzrə Portuqaliya Liqa Kubokunda qrup mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Pasuş de Ferreyra” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda qrup lideri “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 1:4 hesabıyla məğlub olub.
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
Yarımfinala yalnız qrup qalibləri vəsiqə qazandığından, bu sevinci “Braqa” yaşayıb. “Pasuş de Ferreyra” isə 4 xalla ikinci olub və mübarizəni dayandırıb.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”