Dünya futbolu
Son 64 ilin ən reytinqli klubları
UEFA-nın keçirdiyi yarışlarda 1955-2019-cu illər aralığı…
UEFA-nın keçirdiyi yarışlarda 1955-2019-cu illər aralığında ən çox reytinq xalı toplayan klubların adları açıqlanıb.
Futbolinfo.az qurumun saytına istinadən xəbər verir ki, 30 komandanın yer aldığı siyahıda lider “Real”dı.
Madrid təmsilçisi 600 xalla 1-ci sırada yer alıb. “Real” bu dövr ərzində Çempionlar Liqasında 13 kubok qazanıb.
UEFA-nın hazırladığı reytinq siyahısında 2-ci “Bavariya”, 3-cü isə “Barselona”dır. Münhenlilərin 474, kataloniyalıların isə 446 xalı var.
Siyahıda Türkiyənin “Qalatasaray” klubu da yer alıb. 157 xalı olan “cim-bom” 23-cü sıradadı.
İlk “10-luq”
“Real” (İspaniya) – 600
“Bavariya” (Almaniya) – 474
“Barselona” (İspaniya) – 446
“Mançester Yunayted” (İngiltərə) – 374
“Yuventus” (İtaliya) – 349
“Milan” (İtaliya) – 314
“Liverpul” (İngiltərə) – 289
“Benfika” (Portuqaliya) – 287
“Portu” (Portuqaliya) – 277
“Ayaks” (Niderland) – 266
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə