Ölkə futbolu
Ekşteyn Azərbaycanda qala bilər
"Sabah"la yollarını ayıran Hendrik Ekşteyn karyerasını…
"Sabah"la yollarını ayıran Hendrik Ekşteyn karyerasını Azərbaycanda davam etdirə bilər.
Futbolinfo.az xəbər verir ki, bu xəbəri Cənubi Afrika Respublikasının mətbuatı yayıb.
Bildirilir ki, sürpriz şəkildə Bakı klubundan gedən 28 yaşlı yarımmüdafiəçi Azərbaycanda azarkeşlər və klublar tərəfindən özünə hörmət qazanmağı bacarıb. Onun ölkəsinə dönmək variantı olsa da, futbolçu Avropada qalmaq fikrindədi.
Bu üzdən Ekşteynin Premyer Liqa klublarından birinə keçməsi real görünür: "Hendrikin "Sabah"dan ayrılması hamını şoka saldı, çünki orda futboldan həzz alırdı. Komandanın əsas oyunçularından biri idi və azarkeşlər onu çox sevirdilər. Ekşteyni orda izləyən komanda çoxdu və artıq təkliflər də alıb. Yaxın günlərdə yeni klubunun adına aydınlıq gəlməsi gözlənilir".
Qeyd edək ki, "Sabah"a bu yay "Kayzer Çifs"dən keçən Hendrik Ekşteynin müqavilə müddəti 2021-ci ilin yayına qədər idi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq