Dünya futbolu
8 klub “Mançester Siti”nin ÇL-ə buraxılmamasını tələb etdi
İngiltərə Premyer Liqasında çıxış edən 8 klub “Mançester Siti”nin Çempionlar Liqasına buraxılmaması istəyi ilə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Futbolinfo.az “Daily Mail”ə istinadən xəbər verir ki, həmin klublar turnir cədvəlinin yüksək pillələrində yer alan “Liverpul”, “Lester”, “Çelsi”, “Mançester Yunayted”, “Vulverhempton”, “Arsenal”, “Tottenhem” və “Börnli”dir. Bu komandalar “şəhərlilər”in ən azı bir klubun Çempionlar Liqasından kənarda qalması hesabına kifayət qədər qayda pozduğunu bildiriblər.
Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Arbitraj Palatası fevralın 14-də “Mançester Siti”nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub bu pozuntulara 2012 – 2016-cı illərdə yol verib. “Şəhərlilər”ə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS klubun apellyasiyasını fevralın 26-da alıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı