Premyer-liqa
Syomin: Bizə indi əcnəbi yox, Azərbaycan pasportu olan oyunçu lazımdı
"Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanı…
"Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiyanın “Volqa” klubunun hücumçusu Dmitri Bulıkinin xidmətində maraqlı olması ilə bağlı şayiələri təkzib edib. Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları söyləyib.
“Bu informasiya yanlışdı. Çünki Bulıkinin öz klubu var. Klubun oyunçu ilə müqaviləsi var və üstəlik hələ keçid vaxtı deyil. Ümumiyyətlə, onun xidmətində maraqlı olmamışıq. İkincisi, bizə indi xaricilər yox, Azərbaycan pasportu olan oyunçular lazımdır. Əcnəbilər bizdə kifayət qədərdi”.
Xatırladaq ki, Syomin 33 yaşı futbolçu ilə əvvəllər Moskva “Lokomotiv”i və “Dinamo”sunda birgə çalışıb.