Dünya futbolu
“Barsa” iki qapıçı alacaq
“Barselona”nın qapıçısı Xose Pinto mövs&uu…
“Barselona”nın qapıçısı Xose Pinto mövsümün sonunda komandanı tərk etmək qərarına gəlib. Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, start heyətində müntəzəm olaraq yer alan Viktor Valdes kimi, nadir hallarda forma şansı qazanan Pinto da yeni iş yeri haqda düşünür.
Valdesdən sonra Pintonun da ayrılıq qərarına gəlməsi rəhbərliyi təşvişə salıb. Belə olan halda Kataloniya klubu 2 yeni layiqli qolkiper transfer etmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, “Barsa”nın Münhenqladbax “Borussiya”sının qapıçısı Mark-Andre ter Stegeni qışda rənglərinə bağlayacağı gözlənilir.