Dünya futbolu
"Bakıda ona “Səmədyan” qışqırırdılar"
Məşhur rusiyalı jurnalist Boris Levin öz müsahibəsində …
Məşhur rusiyalı jurnalist Boris Levin öz müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan – Rusiya oyunu barədə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, öncə oyunu haqda təəssüratlarını bölüşüb:
– Azərbaycan yığması üçün bu oyun heç nəyi həll etmirdi. Ancaq ictimai fikir elə qızışdırılmışdı ki, sanki hər iki tərəfi son qanlı döyüş gözləyir. Bu, əlbəttə, nədəsə ziyan edirdi, ancaq ab-havaya da acılıq qatırdı. Futbolda bu, elə də münasib deyil. Buna baxmayaraq, əgər atmosferi qızışdırmaq üçün leqal imkanlar varsa, niyə də yox? Əsas olan sivil çərçivədə qalmaqdı.
– Azərbaycanda Rusiyaya qarşı hər hansı kin müşahidə olunur?
– Bu haradan çıxdı? Bakıda tez-tez oluram, dostlarım kifayət qədərdi (Boris Levin “Nə? Harada? Nə vaxt?” yarışması üzrə Azərbaycan yığmasının heyətində dünya çempionudu – red.). Buna görə də əminliklə deyə bilərəm ki, əksər bakılılar azarkeşlik etməsələr də, Rusiya yığmasına şərikdirlər. Hər halda, azərbaycanlılar sülhsevər və qonaqpərvər xalqdı. Milli hisslərlə oynamaq ən axırıncı işdi. Buna əminəm. Mənim üçün milli səpgidə istənilən eybəcərlik düşüncə hüdudlarından uzaqdı.
– Bakıda Aleksandr Səmədova çətin oldu. Ona tribunalardan nə qışqırırdılar?
– Bunlardan ancaq çapa yararlılarını demək olar – “Samedyan”
– Bu nə demək idi?
– Bu Səmədovun soyadının erməni təbirincə təhrif olunmuş formasıdı. Təəssüf ki, azərbaycanlılar üçün ermənilər barışmaz düşməndirlər.
– Səmədov meydanı çox riqqətlə tərk etdi. Yığmanın digər oyunçuları meydanın o başından Aleksandrın əlini sıxmaq üçün qaçıb gəldilər…
– Futbolçularımız onu bu anla yanaşı, meydana çıxanda da dəstəkləyirdilər. İqor Akinfeyev Səmədovu nümayişkaranə, yüngülcə qucaqladı, əl-ələ vurdular. Sonra Kerj ona nə isə deyirdi. Ancaq ilk dəqiqələrdə Saşa aşkar həyəcanlı idi. Bütün bunlar aydındı: bütün meydan tək sənə qarşı azarkeşlik edir. Buna reaksiya göstərməmək üçün polad əsəblər lazımdı. Ancaq ona əhsən! Sakitləşə və gözəl oyun göstərə bildi.
– Səmədova Azərbaycanda belə münasibət haradandı?
– Onun oyunqabağı müsahibəsindən. Yeri gəlmişkən, siyasi cəhətdən düzgün. Ancaq yerli mentaliteti də bilmək lazımdı: bir yersiz “cəzalandırmaq” sözündən Bakıda bütöv bir tarixçə şişirtdilər. Ancaq, onlar buna bizm futbolçudan fərqli daha fərqli, acı don geydirdilər.