Premyer-liqa
Cümə kralı "Rəvan"
Topaz Premyer Liqasının 12-ci turu başa çatdı. Futbolinfo.a…
Topaz Premyer Liqasının 12-ci turu başa çatdı. Futbolinfo.az xəbər verir ki, 12 tur ərzində maraqlı statistika nəzər çarpır.
Belə ki, oyunların keçirilmə günlərinə nəzər salsaq, cümə günü ən çox oyun keçirən komandanın "Rəvan" olduğunu görərik. 12 oyundan 4-nü cümə günü keçirən Bayıl təmsilçisi bu oyunların üçündə meydanı bir xalla tərk edib. Qalan bir oyunu isə məğlubiyyətlə başa vurub. Lakin bu, heç də qərəzli seçim deyil.
"Rəvan"ın "cümə kral"ı olmağının səbəbini Peşəkar futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev belə izah etdi: "Püşkatmadan əvvəl bunların hamısı nəzərə alınır. Oyunların keçirilmə tarixləri müəyyən olunanda həmin komandanın milliyə futbolçu verib-verməməsi nəzərə alınır. Məsələn, futbolçu 3-cü gün millidə oyun keçirirsə və 5-ci günə klubla oyuna çıxırsa, bu, ədalətsizlik olar. Bundan başqa komandaların kubokdakı oyunları da nəzərə alınır. Bunların hamısı dəqiqləşdirildikdən sonra oyunun keçirilmə tarixləri müəyyən olunub".
Bayıl təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev isə cümə günü oyun keçirmələrindən narazı olmadığını dilə gətirib: "Bizim üçün bunun fərqi yoxdu. Əsas odu ki, komandanın hazırlaşmağa vaxtı olur. Əksinə, bizə oyunların cümə günü olması rahatdı".
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…