Premyer-liqa
Cəzalanan diktor: Emosiyalarımı saxlaya bilmədim
Topaz Premyer liqasının 12-ci turu çərçivəsində ba?…
Topaz Premyer liqasının 12-ci turu çərçivəsində baş tutan "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasında matçın diktorunun öz səlahiyyətlərini unudaraq 6 noyabr tarixini xatırlatması barədə saytımız məlumat vermişdi. Futbolinfo.az xəbər verir ki, bu kimi hallar peşəkarlıqdan uzaqdı və gələcəkdə yol verilməməsi lazımdı.
Elə bu səbəbdəndi ki, AFFA İntizam Komitəsi “Neftçi”nin mətbuat xidmətində çalışan, həmin oyunda isə diktor olan Mehman Rəsulova cəza kəsdi: “Xatırlayırsızsa, Lənkərandakı oyunda da diktor özü azarkeşlik edirdi. Təxribat yarada biləcək sözlər deyirdi. Bizim oyunda isə hesab 4:1 olana qədər mən heç nə demirdim. Hesab böyüyəndən sonra emosiyalarımı saxlaya bilmədim. Düzdü, bu, peşəkarlığa yaddı, amma "Neftçi"də işləyirəm, oradan pul qazanıram və təbii ki azarkeşlik edirəm. Mən təxribat yaradacaq nəsə deməmişəm, sadəcə, keçmiş hesabı xatırlatmışam. Dediklərimə görə də məsuliyyəti üzərimə götürürəm”.