Premyer-liqa
Skarlatakenin vəziyyəti yaxşı deyil
"Xəzər Lənkəran"ın Topaz Premyer Liqasının son turund…
"Xəzər Lənkəran"ın Topaz Premyer Liqasının son turunda "Neftçi"yə biabırçı məğlubiyyətdən (1:4) sonra klub prezidentinin futbolçuları kəskin şəkildə tənqid etməsi onlara daha pis təsir edib. Mənsimovun iclasda konkret nə dediyini bilməsək də, futbolçuların hələ də özlərinə gələ bilməməsi dəqiqdi.
Futbolinfo.az xəbər verir ki, komanda üzvləri utandıqlarından hətta mətbuata açıqlama da verə bilmirlər. Belə olmasaydı, müsahibə üçün zəng etdiyimiz Manuel Skarlatake danışmaqdan boyun qaçırmazdı:
"Komandada vəziyyət yaxşı deyil. Özüm də pisəm. Normal halda mətbuatdan qaçmıram və həmişə danışıram. Amma indi yaxşı deyiləm. Niyəsini özünüz də bilirsiz. "Qəbələ" ilə oyundan sonra zəng edin, danışacam. O vaxta kimi özümə gəlməliyəm".
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov