Bizi izləyin

Premyer-liqa

“Toşak elə Azərbaycana gəlişi ilə qeyri-ciddilik göstərmişdi”

Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində &ld…

blank
Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi”yə biabırçı hesabla məğlubiyyətdən sonra mətbuat konfransında futbolçularını tənqid  edən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak özü tənqid obyektinə çevrilib. Futbolinfo.az xəbər verir ki, onun mətbuat nümayəndələri önündə öz futbolçularını belə aşağılaması heç də xoş qarşılanmayıb.
 
Onu nədə ittiham etdiklərini dəqiqləşdirmək üçün futbol ictimaiyyəti arasında sorğu keçirdik. Həmsöhbətlirimizə bu suallarla müraciət etdik?
 
1. Toşakın bütün günahı futbolçuların üzərinə atmasını necə qiymətləndirirsiz?
2. Bundan sonra həmin futbolçuların baş məşqçiyə münasibəti necə olacaq?
 
Rəşad Ergün (“Komanda” qəzetinin baş redaktoru): “Baş məşqçi futbolçuların günahkar olduğunu bilsə də, bunu mətbuata deməməlidi. Klub daxilində istənilən cəzanı tətbiq edə bilər, istənilən futbolçunu qova bilər. Mətbuat önündə günahı futbolçuların üstünə yükləməklə onlarda özünə qarşı mənfi imic formalaşdırır ki, çox vaxt bunun fəsadları ağır olur. Toşak yaxşı məşqçidi. Ən azı Berti Foqtsdan daha yaxşı olduğunu düşünürəm. Ən azı bizim yerli məşqçilərdən yaxşı olduğunu düşünürəm. Hansılar ki, heç Gürcüstanda onlara iş vermirlər. Toşakın problemi Ramin Musayevin çempoinatının "dil"ini bilməməsidi. Bu çempionatda heç Qvardiolayla Mourinyo da baş çıxarmaz. Amma bir daha qeyd edirəm, baş məşqçinin futbolçuları publika önündə ittiham etməsi yaxşı deyil”.
 
Ağasəlim Mircavadov (işsiz məşqçi): “Mən bu haqda heç nə deyə bilmərəm. Toşak mənim həmkarımdı. Həmkarım haqqında nəsə demək etik normalara uyğun deyil. Ona görə, bu suala fikir bildirmək istəmirəm”.
 
Şamo Quliyev (Apasport.az saytının əməkdaşı): “Fərqi yoxdu, Toşak olsun və ya qeyrisi, bir rəhbər günahı oyunçuların boynuna qoyursa, demək, o, məşqçi kimi bitib. “Xəzər Lənkəran” rəhbərliyi uelsi mütəxəssisi ad-sanına görə komandanın başına gətirdi. Lakin artıq onun ümidləri doğrultmadığı faktdı. Məşqçi işi elədi ki, heç kim uğursuzluqdan sığortalanmayıb. Ancaq hazırkı vəziyyətdə məsələ təkcə komandanın zəif göstəriciləri deyil. Toşak qətiyyən işinə can yandırmır. Bunu sezməmək mümkünsüzdü. Hazırkı anda komandanın çıxışı onu maraqlandırmır. Adam öz kefindədi və qovulacağı, təzminatını alıb gedəcəyi, Britaniyaya dönüb, ocağın qırağında viski içəcəyi günü səbirsizliklə gözləyir. Hər məğlubiyyətdən sonra nəsə deməlidi də. O da futbolçuları və hakimləri hədəf almaqla yaxasını qırağa çəkir. Deməzdim ki, hazırkı durum Toşakın ürəyincədi. Ümid edirəm, “Xəzər Lənkəran” tezliklə ondan canın qurtarar. Heç bir futbolçu məsuliyyəti öz üzərindən atıb, oyunçuları günahlandıran bir məşqçinin tapşırıqlarını canla-başla yerinə yetirməz”.
 
Elxan Abdullayev (işsiz məşqçi): “Mən bu haqda heçnə deyə bilmərəm. Çünki baş verənlərdən heç xəbərim yoxdu. “Xəzər Lənkəran”da olan hadisələrə mən niyə fikir bildirməliyəm"?!
 
Maksim Medvedev (“Qarabağ”ın müdafiəçisi): “Əslində, “Xəzər Lənkəran”da baş verənlərə bizim münasibət bildirməyimiz düzgün olmaz. Ancaq bir şeyi vurğulamaq istəyirəm. Ötən günlərdə komanda Super Kuboku qazandı. Necə olur ki, kubok qazananda Toşakın uğuru olur, amma uduzanda futbolçuların günahı olur. Bu komanda oyunudu. Uduzanda da, udanda da hamının payı var. Futbolçuların ona qarşı necə olacağına gəlincə isə, hər futbolçunun özünəməxsus xasiyyəti var. Eləsi ola bilər ki, ondan incisin, eləsi olar ki, heç vecinə almasın. Biz orada olmadığımız üçün gedişatdan xəbərdar deyilik. Bəlkə elə Toşak əsəbi halda deyib, sonra məşqdə futbolçularla toplaşanda öz aralarında məsələni həll ediblər”.
 
Elçin Cəlilov (Futbolpress.az saytının baş redaktoru): “Toşak əvvəla, bura gəlişiylə qeyri-ciddilik göstərmişdi. Ancaq nəticəsi gözləndiyindən də pis alındığına görə, centlmenlik hissini itirib, nala-mıxa vurmağa davam edir. Bu adamın ciddi xarakterinin olmadığını əvvəldən bildirmişdim. Məsələ baş məşqçi postunda deyil. Bu iki ildə klub 5 məşqçi dəyişdi. Ancaq dəyişən heç nə olmadı. Daxii iclas keçirib, futbolçulara verilən mükafatdan başqa heç nə deyə bilməyən, hər şeyin mükafat verməkdən ibarət olduğunu göstərən bu rəhbərlik anlamalıdı ki, əgər komandanın iki ilə yaxındı düşdüyü rüsvayçı vəziyyətdən çıxarmaq istəyirlərsə, əvvəlcə rəhbərlik və idarə sistemində ciddi, peşəkar islahatlar aparılmalıdı. Futbolu bu işi bilən fiqurlar yönləndirilməlidi və klubun idarə strukturunda heç olmasa sütunlar peşəkarlara tapşırılmalıdı.
Bilirsiz, son 2-3 ilə qədər pul nələrisə həll edirdi, ancaq indi elə deyil deyə, pullu "Xəzər Lənkəran" digərləri ilə ayaqlaşa bilmir, bacarmır. O biri klublar kosmetik də olsa, idarəçilikdə dəyişiliklər etdilər, ancaq bu klub yerində sayır. Ona görə də nəticələr hələ bundan sonra da uğursuz olacaq. Məncə, Toşakın gedişi də çarə deyil”.
 
Yunis Hüseynov (işsiz məşqçi): “Con Toşak haqda fikir bildirmək istəmirəm. Özümdən məsəl çəkəcəm. Mən heç vaxt məğlubiyyətdən sonra günahı oyunçularımın üzərinə yıxmamışam. Çünki futbol komanda oyunudu, məğlubiyyətdə də günah hamımızın olur. Qaldı ki, bundan sonra futbolçuların ona necə davranışına, ona heç bir şərh verə bilmərəm”.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm