Dünya futbolu
Luçesku: “Bayer” qorxur”
"Şaxtyor"un baş məşqçisi Mirça Luçe…
"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Bayer"ə qarşı keçirəcəkləri oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, rumın mütəxəssis qarşılaşmanın hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini və rəqibin onlardan qorxduğunu deyib:
"Növbəti mərhələyə yüksəlmək üçün sabahkı oyunda mütləq qələbə qazanmalıyıq. İlk oyunun nəticəsi rəqibə üstünlük verə bilər. Ümumi götürdükdə, biz heç ilk oyunda da uduzmamalıydıq. İlk yarıda onlar cəmi 1 qol epizodu yaratdılar. Təbii ki, bu, artıq geridə qalıb. İndi gələcəyə baxmalıyıq. Sabahkı oyuna yalnız qələbə üçün çıxacağıq. Bilirəm ki, son çempionat oyununda "Bayer" gücünü qoruyub, 5 aparıcı futbolçu meydana çıxmayıb. Onlar bizə təkcə hörmət etmirlər, həm də qorxurlar”.
Qeyd edək ki, tərəflər arasındakı ilk matç almanların 4:0 hesablı üstünlüyü ilə başa çatmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…