Ölkə futbolu
Con Toşakı millimizin oyununa buraxmadılar
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak …
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak ötən gecə keçirilmiş DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – Rusiya matçını stadiondan izləyə bilməyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun oyunun keçirildiyi “Bakcell Arena”ya buraxılmaması olub.
Belə ki, Toşak oyundan 40 dəqiqə öncə arenaya yaxınlaşıb və VİP-sektora olan biletini təqdim edib. Lakin təhlükəsizlik xidmətinin işçiləri buna baxmayaraq, onu stadiona buraxmaq istəməyiblər. Toşakla birgə olan “Xəzər Lənkəran”ın digər rəsmiləri onlara qarşılarında dünya şöhrətli məşqçinin olduğunu, biletinin olmasını başa salmağa çalışsa da, bunlar bəhrəsiz qalıb.
Belədə, uelsli mütəxəssis qaldığı otelə qayıdıb və Azərbaycan – Rusiya matçını televizordan izləyib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq