Premyer-liqa
"Qəbələ" üç futbolçusunu yola salır
"Qəbələ"nin 3 futbolçusu yığma komandalara dəv?…
"Qəbələ"nin 3 futbolçusu yığma komandalara dəvət alıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandası "qırmızı-qaralar"ın 2, U-21 yığması isə 1 futbolçusuna dəvət göndərib.
Müdafiəçi Vladimir Levin və Elnur Allahverdiyev noyabrın 15-də Tallinn şəhərində Estoniya, noyabrın 19-da isə Bişkek şəhərində Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək milli komandamızın heyətində forma geymək şansı qazanıb. Azərbaycan yığması noyabrın 11-dən etibarən təlim-məşq toplanışında olacaq (11-13 noyabr – Bakı, 14-16 noyabr – Tallinn, 17-19 noyabr – Bişkek).
Ürfan Abbasov isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Skopye şəhərində Makedoniya komandası ilə qarşılaşacaq Azərbaycan U-21 yığmasının heyətinə dəvət alıb. U-21 komandası hazırlıq məqsədilə Makedoniyaya noyabrın 21-də yola düşəcək.
Xatırladak ki, Premyer Liqanın 13-cü turunun ardından milli komandaların yoldaşlıq oyunları ilə əlaqədar çempionata 11 günlük fasilə veriləcək.