I Liqa
"Şahdağ"ın məşqçisinə son şans verildi
Xəbər verdiyimiz kimi, Azərbaycan 1-ci Divizionunda mübarizə …
Xəbər verdiyimiz kimi, Azərbaycan 1-ci Divizionunda mübarizə aparan "Şahdağ"ın futbolçusu Yusif Yusifzadə artıq komandadan qovulub. Futbolinfo.az xəbər verir ki, futbolçudan sonra komandanın baş məşqçisi Kamran Əlibabayev də eyni aqibətlə üzləşib.
Belə ki, rəhbərlik Əlibabayevi də komandadan göndərmək istəyib. Lakin onun komandadan uzaqlaşdırılmasına… futbolçular razı olmayıblar. Onlar klub rəhbərliyindən baş məşqçiyə son şans verilməsini xahiş ediblər.
Klub prezidenti Ərəstun Niftəliyev saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Biz dünən klub daxili iclas keçirdik. İclasda hamının fikirləri dinlənildi. Daha sonra futbolçunun bu hərəkətinə nəyin səbəb olduğu araşdırıldı. Belə məlum oldu ki, baş məşqçimizin kənardan hakimlərə qışqırması, təzyiq etməsi futbolçuları qızışdırır. Ona görə biz Kamranı komandadan uzaqlaşdırmaq istədik. Futbolçular isə onun qalmasını xahiş etdi. Biz Əlibabayevi komandada saxladıq. Lakin, ona son şans verdik və komandayla da razılaşdıq. Bir də belə hal təkrarlanarsa, məşqçi oyun zamanı hakimlərə hər hansı bir yolla təzyiq göstərərsə və futbolçular yersiz hərəkətləri ilə qırmızı vərəqə alarsa, o zaman məşqçi ilə yollar ayrılacaq. Bu cür hərəkətlər heç də yaxşı deyil".
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov