Premyer-liqa
Sxadadzenin hesabdan sildiyi Genov pis oyndığını etiraf etdi
Çempionata uğurlu başlamayan "İnter"də işlər qa…
Çempionata uğurlu başlamayan "İnter"də işlər qaydasına düşmək üzrədi. Futbolinfo.az xəbər verir ki, problemin həlli yolunu axtaran baç məşqçi Kaxaber Sxadadze qış transfer dönəmində bir neçə futbolçu ilə yollarını ayıracağını demişdi.
Amma gürcü məşqçi deyəsən heç də transfer dönəmini gözləmək niyyətində deyil. Belə ki, o, artıq indidən heyətdə bəzi təmizləmə işlərinə start verib. Gürcü mütəxəssis əsas heyətin iki oyunçusu Flavio Bek və Daniel Genovu əvəzedici komandaya göndərib. Bu üzdən də mövsümün sonunda klub rəhbərliyinin onlarla vidalaşacağı bildirilir.
Daniel Genovla əlaqə saxlayaraq məşqçinin bu hərəkətinə münasibət öyrəndik. Mətbuata açıqlama vermək istəmədiyini deyən Danieldən yalnız bunları "qopara" bildik:
"Yəqin ki, əvəzedici komandaya pis oynadığım üçün göndəriblər. Başqa səbəb bilmirəm. Müqaviləmin müddəti yayda bitir. Amma hələ gələcəkdə necə olacağını bilmirəm. Bu haqda danışmaq istəmirəm. Üzrlü sayın".
KƏMALƏ İSMAYILOVA
- Ölkə futbolu2024-05-23 12:03
“Neftçi” daha bir legioner aldı: Anderssonun sözü ilə əməli üst-üstə düşmür
- Ölkə futbolu2024-05-23 08:32
“Yurqorden” Musanı icarəyə verəcək
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”
- Digər idman növləri2024-05-23 19:19
Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu