Dünya futbolu
İquayn və Məsutun oxşar səbəbləri
Yay “transfer pəncərəsi”ndə "Real"dan "…
Yay “transfer pəncərəsi”ndə "Real"dan "Napoli"yə transfer olunan Qonzalo İquayn Madrid klubundan ayrılmasının səbəbləri haqda danışıb. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu İspaniya mətbuatına açıqlamasında komandadan gedişini ona olan inamsızlıqla əlaqələndirib:
"Özümü dəfələrlə sübut etsəm də, yenə mənə tam güvənmirdirlər. Əgər futbolçular, baş məşqçi və köməkçi məşqçilərin dəstəyi olsaydı, hər şey daha yaxşı olardı. Madriddən ayrılmaq mənim üçün asan deyildi. Ancaq yeni bir ölkədə oynamağa ehtiyacım var idi. Özümü "Napoli"də xoşbəxt hiss edirəm".
Qeyd edək ki, Məsut Özil də buna bənzər səbəblərə görə "Real"dan getdiyini açıqlamışdı.