Dünya futbolu
"Trabzonspor" üçün 621 günlük seriyanı davam etdirmək şansı
UEFA Avropa Liqası "J" qrupunda 7 xalla lider olan Tür…
UEFA Avropa Liqası "J" qrupunda 7 xalla lider olan Türkiyə təmsilçisi "Trabzonspor" sabah səfərdə Polşa təmsilçisi "Legiya"nın (Varşava) qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ilk turda Kiprin "Apollon" (Limassol) klubunu 2:1 hesabı ilə məğlub edən, 2-ci turda İtaliya "Latsio"su ilə sülh bağlayan (3:3) və son turda məhz sabahkı rəqibi "Legiya"nı 2 cavabsız qolla yenən Trabzon təmsilçisində hədəf yenə də qalib gəlib zirvədəki yerini möhkəmləndirməkdi.
Xatırladaq ki, Avropa Liqasındakı son məğlubiyyətini 23 fevral 2012-ci ildə
Hollandiya təmsilçisi PSV-dən alan (1:4) "Qaradəniz fırtınası" 621 gündü uduzmur.
Qeyd edək ki, "Legiya" – "Trabzonspor" matçı sabah Bakı vaxtı ilə 00:05-də start götürəcək.