Ölkə futbolu
Subaşiçli "Orduspor"dan növbəti qələbə
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyu…
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klublu da bu gün növbəti matçına çıxıb.
Ordu təmsilçisi səfərdə “Orduspor”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma Subaşiçin komandasının qələbəsiylə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi onu ilk dəqiqələrdən meydana buraxıb. Amma o, 60-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 28 xal toplayıb və 1-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
12-ci tur
6 noyabr
Boluspor – Orduspor – 1:2