Dünya futbolu
Aleksandr Səmədov: Biz zəif deyilik
Rusiya millisinin üzvü Aleksandr Səmədov yerli mətbuata a…
Rusiya millisinin üzvü Aleksandr Səmədov yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, azəri əsilli futbolçu şərəfini qoruduğu "Lokomotiv" haqda danışıb:
"Çempionluq barədə danışmağa dəyməz. "Spartak" üzərində qələbə qazandıq və lazım olan 3 xalı aldıq. Bu məsələyə bir qədər ehtiyatla yanaşırıq. Ötən mövsümü 9-cu yerdə bitirdiyimizə görə, bu dəfə tələsmirik. Ancaq çempion olacaq gücümüz var. Hamı bilir ki, "Zenit" favoritddi. Lakin biz də zəif deyilik".