Dünya futbolu
Neymarı bezdiriblər
“2 həftədən bir telefon nömrəmi dəyişməli olur…
“2 həftədən bir telefon nömrəmi dəyişməli oluram. Çünki fanatlar gecələr də zəng vurur, sms göndərirlər. Bütün azarkeşlərdən xahiş edirəm ki, məni bezdirməsinlər. Artıq nə edəcəyimi bilmirəm. Belə şeylər əsl problemlər yaradır. Vicdansız insanlardan xahiş edirəm ki, məni narahat etməsinlər”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Barselona”nın hücumçusu Neymar deyib. O, tez-tez fanatlar tərəfindən narahat edildiyini bildirib.
Qeyd edək ki, Neymar buy ay “Santos”dan “Barsa”ya keçmişdi.