Premyer-liqa
“Rəvan” “Sumqayıt”la oyuna hazırlığı başa vurdu
"Rəvan” Topaz Premyer Liqasının 13-ci turu çər&c…
"Rəvan” Topaz Premyer Liqasının 13-ci turu çərçivəsində "Sumqayıt”ı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi artıq bu oyuna hazırlığı başa vurub.
Bu mənada sonuncu məşq axşam saatlarında "Bayıl Arena”da baş tutub.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda futbolçular çox da yüklənməyib. Ənənəvi olaraq yüngül xarakterli olan çalışmalardan sonra futbolçular müxtəlif taktiki və texniki gedişlər üzərində çalışıb. Çalışmalarda Elvin Həsənəliyev və Kristian Torres iştirak etməyib. Hər iki futbolçu zədəlidi və sabahkı görüşdə meydana çıxa bilməyəcək. Əvəzində Aqil Nəbiyev və Sohib Savankulov komanda ilə birgə məşqlərə qatılıb. Hər iki oyunçu baş məşqçinin sərəncamında olacaq.
Qeyd edək ki, "Rəvan” – "Sumqayıt” oyunu sabah saat 17:00-da "Bayıl Arena” stadionunda keçiriləcək. (klub saytı)
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq