“Liverpul”un və Danimarka millisinin sabiq futbolçusu Daniel Aqqer baş məşqçiliyə başlayıb.
Futbolinfo.az xəbər verir ki, keçmiş müdafiəçi ölkəsində “Köqe” klubunu çalışdıracaq.
Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Aqqer 2006-2014-cü illərdə “Liverpul”da çıxış edib. Danimarkalı sabiq müdafiəçi 2016-cı ildə futbolçu karyerasını bitirmişdi.