“Qarabağ” Konfrans Liqasının III təsnifat mərhələsində AEL ilə görüşəcək. Limassol təmsilçisi avrokuboklarda Azərbaycan klubları ilə görüşən 3-cü Kipr klubu olacaq.

İndiyədək yalnız APOEL və “Apollon” təmsilçilərimizə rəqib olub. APOEL-lə 8, sonuncularla 2 matç baş tutub. Bu 10 matçda üç dəfə bizimkilər, üç dəfə rəqiblər qələbə qazanıb, 4 matç sülhlə bitib. Top fərqi adalıların xeyrinədir – 13:11.

“Qarabağ” APOEL-lə 4 dəfə üz-üzə gəlib. Kiprlilər 2, təmsilçimiz 1 dəfə qalib gəlibsə, 1 oyun sülhlə bitib. Rəqib top fərqində də öndədir – 7:5.

10.08.1995. APOEL (Kipr) – Neftçi – 3:0

24.08.1995. Neftçi – APOEL (Kipr) – 0:0

23.08.2012. Neftçi – APOEL (Kipr) – 1:1

30.08.2012. APOEL (Kipr) – Neftçi – 1:3

30.07.2015. Apollon (Kipr) – Qəbələ – 1:1

06.08.2015. Qəbələ – Apollon (Kipr) – 1:0

06.08.2019. APOEL (Kipr) – Qarabağ – 1:2

13.08.2019. Qarabağ – APOEL (Kipr) – 0:2

24.10.2019. Qarabağ – APOEL (Kipr) – 2:2

07.11.2019. APOEL (Kipr) – Qarabağ – 2:1

Shares: