Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko vəzifəsindən ayrılıb.
Qol.az xəbər verir ki, bu barədə 44 yaşlı mütəxəssis öz İnstaqram hesabında məlumat yayıb. Çalışdırıcının Ukrayna Futbol Federasiyası ilə müqaviləsi başa çatıb.
Şevçenko federasiyaya, futbolçulara və azarkeşlərə təşəkkür edib.
Qeyd edək ki, Andrey Şevçenko 5 il Ukrayna yığmasını çalışdırıb.